Dərc edilib: 12-12-2022

https://www.nuh.az/33138-.html

“15 yaşımadək Azərbaycanda kənddə böyümüşəm” - Fotolar

12.12.2022 10:57:46

Reportaj

Rusiyada fəaliyyət göstərən azərbaycanlı aktyor Anar Xəlilov yeni fotosessiya etdirib.

“Qafqazinfo” xəbər verir ki, o, “Grazia” jurnalının üz qabığında yer alıb.

A.Xəlilov nəşrə müsahibəsində Azərbaycanla bağlı xatirələrini də bölüşüb: “15 yaşımadək üç mağazası və bir məktəbi olan kənddə böyümüşəm. Biz kənd təsərrüfatı ilə məşğul idik, bostanımız isə məktəb həyətinə bitişik idi. Mən hətta müəllimlərə uzun yol qət etdiyimə görə gecikdiyimi deyə bilmirdim. Ora sonuncu dəfə 8 il əvvəl getmişəm.

Mənim bir yerə bağlılığım yoxdur. Uşaqlıqda anamın çalışdığı sirklə tez-tez qastrolda olurdum. Digər ölkəyə köçməyim haqda fantaziya qursaq, bunu çox asan edərəm, özümlə bel çantası götürərəm və yenidən yaşamağa başlayaram”.

Qeyd edək ki, A. Xəlilov “Mənimlə rəqs et”, “İçərişəhər”, “Başqa mən”, “Gənclik səhvləri”, “Yuroçka” və s. filmlərdə rol alıb. 

 








NUH informasiya agentliyi səhifəsindən çap edilib