Dərc edilib: 12-12-2022

https://www.nuh.az/33140-.html

Elçin Cəlilovu narkotikə qurşandırıb öldürən Xalq artisti kimdir?

12.12.2022 12:41:30

İdman

Mərhum müğənni Elçin Cəlilovun həyatı ilə bağlı bəzi faktlara yenidən aydınlıq gəlib.
Qaynarinfo xəbər verir ki, "Elgizlə izlə" verlişində qonaq olan müğənni Vüqar Muradov mərhum sənətçinin ölüm səbəbi ilə bağlı danışarkən onu narkotikə qurşandıran şəxslərlə bağlı mövzuya da toxunmadan keçməyib.
Özünü Elçin Cəlilovun "bacısı oğlu" kimi təqdim edən Vüqar bildirib ki, vaxtilə mərhum sənətçini narkotikə qurşandıran şəxslərdən biri xeyli qocalsa da, bu gün həyatdadır:
"Elçinə Cəlilova bunu paxıllıqdan etdilər. Onu edənlərdən biri, çox qoca bir kaftar hələ də yaşayır. Ölmür o kaftar. Bu həmişə belə olub, həmişə istedadlı adamların arxasınca iynə ilə qaçıblar. Sadəcə olaraq bir az iradə zəif olduğu halda gəlib səni tez yaxalayırlar. Elçin də çox saf olduğu üçün inandı. Göz görə-görə bu boyda böyük bir ifaçını yıxmaq üçün ancaq belə edə bilərdilər". 
Xatırladaq ki, keçən il saytlardan birinə müsahibəsi zamanı istedadlı müğənni Emil Rəhmanov bildirib ki, Elçin Cəlilov kimi onu da narkotikə qurşandıran eyni Xalq artisti olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib