Dərc edilib: 14-12-2022

https://www.nuh.az/33164-.html

2023-də bürcləri nə gözləyir?... - Sevgi, pul, evlilik

14.12.2022 08:44:41

LIVE

2023-cü ilə sayılı günlər qalıb. Bir çox insan qarşıdan gələn ildə onun bürcünü nələrin gözlədiyini bilmək istəyir.

“Qafqazinfo” astroloqların 2023-cü il proqnozlarına əsasən, bürcləri nələrin gözlədiyini təqdim edir:

Qoç bürcü...

2023-cü ildə Qoç həm sevgi, həm də karyerada böyük uğurlar əldə edəcək. Qarşıdan gələn ilin aprel ayı isə şəxsi münasibətlər baxımından heç də xoş nəticələrə gətirməyəcək. Lakin 2023-cü il qoçlar üçün karyerada yeniliklərə yol açacaq. Həmçinin, bu bürcün sahibləri yeni ildə müxtəlif iş və layihələr həyata keçirmək üçün daha cəsarətli olmalıdılar.

Buğa bürcü...

2023-cü il Buğa bürcünə sevinc, şans və yaxşı başlanğıclar gətirməyə hazırlaşır. Xüsusilə, yaz aylarında mühüm fürsətlərlə qarşılaşacaq Buğa bürcü, uzun müddətdir, həyata keçirməkdə çətinlik çəkdiyi planları ortaya qoyacaq.

Əkizlər bürcü...

2023-cü il Əkizlər bürcünün ruhuna uyğun bir ildir. Sosiallaşmaq və yeni insanlarla tanış olmaq ehtimalı onlara şans gətirəcək. Yeni ildə bu bürcün üzvləri onları yoran münasibətlərlə vidalaşmağa da hazırlaşır. Karyerada diqqətli bir il keçirməli olan əkizlər, real və möhkəm addımlar atmağa da diqqət yetirməlidir.

Xərçəng bürcü...

Xərçəng bürcünü olduqca sosial və maraqlı bir il gözləyir. Karyera üçün uyğun vaxtlar yay aylarına təsadüf edir. Xərçənglər növbəti ildə yeni iş və layihələrlə parlayacaqlar.

Şir bürcü...

2023-cü ilin aprel ayı şirlər üçün evlilik və yeni əlaqələr baxımından güclü fürsətlər təqdim edir. Yeni il şirlər üçün kifayət qədər iddialıdır. Yaradılacaq yeni iş planları da böyük dəyişikliklərə işarə edir.

Qız bürcü...

2023-cü il Qız bürcünə sevgi və evlilikdə əhəmiyyətli uğurlar gətirəcək. Sevdikləri insanlarla münasibətlərini gücləndirən Qız bürcü uzun müddət hiss etdiyindən daha güclü və xoşbəxt olacaq. Karyerada tək bir sahəyə deyil, fərqli sektorlara da yönələcək.

 

Tərəzi bürcü...

Tərəzilər üçün 2023 ailə daxilində əlaqələrin gücləndirilməsi, onun qorunması və möhkəm təməllərin qoyulması baxımından çox əhəmiyyətlidir. Tələsik qərarlardan qaçmalı olan tərəzilər bu il daha çox düşünməlidilər.

Əqrəb bürcü...

2023-cü ilin evlilik vəd etdiyi əsas bürclərdən biri də Əqrəbdir. Subay əqrəblər üçün yeni insanlarla tanış olma şansı olduqca çoxdur. Bu il əqrəblər ani evlilik qərarları da verə bilərlər. Bu bürcün sahibləri verəcəyi qərarlarla həyatlarında köklü dəyişikliklər yaşaya bilərlər.

Oxatan bürcü...

2022-ci ildə sevgidən üzü gülməyən bürclərdən biri olan Oxatan 2023-cü ildə sürpriz sevgilərə hazır olmalıdır. Yay mövsümündə karyera baxımından parlayacaq Oxatan bürcü fikirlərini daha da inkişaf etdirəcək.

Oğlaq bürcü...

Son bir neçə ildə əziyyətlərə məruz qalan oğlaqlar üçün istirahət vaxtıdır. Onları xoşbəxt etməyən münasibət modellərindən xilas olmağın tam zamanıdır. Oğlaqlar üçün sevgidə şanslı bir dövr başlayır. Karyera dəyişikliyi isə qaçınılmazdır. Yeni qərarlara, layihələrə və şanslara açıq olun.

Dolça bürcü...

Sevgi həyatlarında həyəcanlı bir dövrə qədəm qoyan Dolça 2023-cü ildə şansı gətirən bürclərdən biri olacaq. Qapılarını xoşbəxt münasibətlərə, romantik görüşlərə və həyəcanlı əlaqələrə açan dolçalar üçün bu il sürpriz qərarlar vermək çox asan olacaq. Karyera həyatında keçmiş mənfi təcrübələri geridə qoymağın və yeni arzulara yelkən açmağın əsl vaxtıdır.

Balıqlar bürcü...

2023-cü il balıqlar üçün romantikanın hakim olduğu sevgi dolu bir il olacaq. Sevgini cəsarətlə qucaqlayacaq balıqları karyerada da dəyişikliklər gözləyir. Ancaq dəyişiklik bu dəfə balıqları qorxutmayacaq.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib