Dərc edilib: 14-12-2022

https://www.nuh.az/33170-.html

Yaşıl işıq niyə ağrıları aradan qaldırır? - Alimlər cavab tapdı

14.12.2022 11:10:27

LIVE

Yaşıl işığa məruz qalmanın ağrı səviyyəsini azaltmağa kömək etdiyi bilinir, xüsusən də bu rəngdə işığın artrit, migren və fibromiyalji xəstələrində ağrıları azalda biləcəyinə dair sübutlar var. Ancaq bu təsirin səbəbləri sirr olaraq qalır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Naked-science elm portalı yazır.
Çinin Fudan Universitetinin və digər elmi təşkilatların alimləri bu məsələ ilə bağlı araşdırma aparıb və nəticələri "Science Translational Medicine” jurnalında dərc ediblər. Tədqiqat siçanlar üzərində aparılıb. İşığın beynə necə təsir etdiyini öyrənmək üçün komanda gəmiricilərin vizual sinir sisteminin gözlərindən tutmuş boz maddəyə qədər hər bir hissəsini tədqiq edib.
Onlar gözün xarici tor qişasında çubuq və konus fotoreseptorları ilə başlayıblar. Bu reseptorların hər birini müxtəlif vaxtlarda bağlayaraq və bunun ağrı duyğusunda hansı dəyişikliklərə səbəb olduğunu sınaqdan keçirən elm adamları, bu təsirə aparan sinir yolunun çubuqlar və konuslardan başladığını tapdılar.
Komanda daha sonra torlu qişanın daxili hissəsində fotoreseptorlardan siqnal qəbul edən qanqlion hüceyrələrinin rolunu araşdırıb. Genetik təsirdən istifadə edərək, işin müəllifləri hüceyrələrdən hansının talamusun ventral lateral nüvəsi ilə əlaqə saxlamağa cavabdeh olduğunu öyrəniblər, o funksiya ki, hərəkətləri koordinasiya etməyə və planlaşdırmağa kömək edir.
Bundan sonra alimlər siqnalların ötürülməsini izləyib, siçanların gözünə müxtəlif rəngli işıq göndəriblər. Məlum olub ki, yaşıl işıq mərkəzi sinir sisteminin ən mühüm inhibitor neyrotransmitteri olan qamma-aminobutirik turşunun daha intensiv siqnalına səbəb olub. Bu, öz növbəsində, PENK adlı oxşar bir zülalı kodlayan Penk geninin ifadəsini artırıb. Bu zülal beyində opioid reseptorlarını aktivləşdirən və nəticədə ağrıları aradan qaldıran ENK adlı molekulun xəbərçisidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib