Dərc edilib: 14-12-2022

https://www.nuh.az/33172-.html

Təcili tibbi yardımın SƏRXOŞ sürücüsü adam vurub öldürü...

14.12.2022 12:15:45

LIVE

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 21 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin sürücüsü İlkin Yusif oğlu Vəliyev idarə etdiyi xidməti avtomobillə piyadanı vurub. Nəticədə piyada, rayonun Qaraqaşlı kənd sakini Bəkirov Natiq İlyaz oğlu hadisə yerində ölüb.

İlkin araşdırmalar zamanı təcili tibbi yardım maşınının sürücüsünün hadisə vaxtı sərxoş halda olması müəyyən edilib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib