Dərc edilib: 14-12-2022

https://www.nuh.az/33174-.html

Vasif Talıbov Bakıda!!!– MƏHKƏMƏ qarşısına çıxarılacaq

14.12.2022 13:38:42

LIVE

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ətrafında baş verən hadisələr, onun açıq şəkildə “vurulması” “kiçik torpaqda” narazı olan şəxsləri fəallaşdırıb.

Bakupost.az xəbər verir ki, Talıbovun vaxtilə həbs etdirdiyi şəxslərin bir qismi, eləcə də Naxçıvandan didərgin salınmış bəzi iş adamları haqlarını bərpa etmək üçün məhkəməyə müraciət etməyi qərarlaşdırıblar.

Bəzi iddialara görə, həmin adamların bir çoxu Talıbova qarşı vahid cəbhədə birləşiblər, işləri planlı şəkildə həyata keçirməyə başlayıblar.
Məlumatda bildirilir ki, plan baş tutarsa, Talıbovu çox ciddi cəzalar gözləyə bilər. Çünki iddialarda sübutlar, təkzibedilməz faktlar kifayət qədər çoxdur.

Qeyd edək ki, Vasif Talıbovun diktatorluğu, xan üsul-idarəsindən əziyyət çəkən, maddi və mənəvi ziyan görən, işini, azadlığını itirən şəxslərin sayı yüzlərlədir.

Onlar arasında iri məmurlar da var. Talıbov elə son illərdə bir neçə yüksək vəzifəli şəxsi həbs etdirib.

Naxçıvanın Daxili İşlər naziri Əhməd Əhmədovun barəsində 2021-ci ildə Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə (külli miqdarda mənimsəmə) cinayət işi başlanıb və o həbs edilib. Naxçıvan Hərbi Məhkəməsi ona 11 il azadlıqdan məhrumetmə cəzası verib.

Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov da həbs həyatı yaşayıb. Belə ki, general-leytenant V. Ələsgərov 2016-cı ildə həbs edilib. O, 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu ilin sentyabr ayında isə Ali Məhkəmənin qərarı ilə o, azadlığa buraxılıb.

Naxçıvanda həbs edilən nazirlərdən biri də Muxtar Respublikanın sabiq təhsil naziri Məmməd Qəribovdur. Sabiq nazir bir müddət həbs həyatı yaşasa da, 2021-ci ilin iyun ayında Naxçıvan Ağır Cinayətlər Məhkəməsində M.Qəribova şərti cəza verilib və azadlığa buraxılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib