Dərc edilib: 14-12-2022

https://www.nuh.az/33175-.html

İntim videolar çəkən polkovnikin.... - QƏRAR

14.12.2022 15:16:45

LIVE

Bakı Ağır Cinayətlər Məhkəməsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bundan sonra müdafiəçilər vəsatət qaldırıb.

Zərərçəkmiş şəxsin müdafiəçisi bildirib ki, yayılan görüntülər mənfi formada ictimailəşdirilib və bunun nəticəsində müdafiə etdiyi qadın barəsində mənfi ictimai rəy formalaşıb. Vəkil informasiya kirliliyinin qarşısının alınması məqsədi ilə məhkəmənin mətbuata açıq formada keçirilməsini istəyib. Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq məhkəmənin mətbuata qapalı keçirilməsini tələb edib.

Məhkəmə təqsirləndirilən şəxsin vəkilinin vəsatətini təmin edərək məhkəmənin mətbuata qapalı keçirilməsinə qərar verib. Məhkəmənin növbəti iclası dekabrın 21-nə təyin olunub.

Qeyd edək ki, Zaur Mirzəyev Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur. O, bu ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib