Dərc edilib: 14-12-2022

https://www.nuh.az/33178-.html

“Skripkaçı Natiq Nuriyev musiqiçiləri narkotikə alışdırır” - Video

14.12.2022 17:46:49

LIVE

“Elgizlə izlə” verilişində mərhum müğənni Elçin Cəlilovun narkotikə qurşanmasına bir musiqiçinin səbəbkar olduğu iddia olunub. Bu iddia ilə müğənni Vüqar Muradov çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, bunun ardından aparıcı Elgiz Əkbər instaqramda bu məsələ ilə bağlı paylaşıma şərh yazıb. 

“Adını demək lazımdır ki, bundan sonra bir də insanları zəhərləməsin. Reklam arasında bizə bildirildi ki, söhbət skripka ifaçısı Natiqdən gedir (Əməkdar artist Natiq Nuriyev - red.) O, musiqiçilərin evini yıxır, onları narkotikə alışdırır”, - deyə Elgiz Axşam.az-ın instaqram səhifəsinə yazıb. 

“Elgizlə izlə” verilişinə telefonla bağlanan Əməkdar artist Natiq Nuriyevin xanımı Elnarə Nuriyeva həyat yoldaşı ilə bağlı məlumatlara reaksiya verib: “Bir insana hörmət edə bilinmirsə, ona pislik də edilməməlidir. O cür yaşlı insana, ailə başçısına, babaya bu, edilməməlidir. Natiqin təzyiqi qalxıb, üstünə təcili yardım gəlib. 10 il əvvəl Lalə Dadaşova (müğənni, Elçin Cəlilovun həyat yoldaşı - red.) bu söz-söhbəti bir toyda danışıb. Vüqarla məclisdə neçə dəfə üz-üzə gəliblər, niyə nəsə deməyib? Deyir ki, Natiq Elçinə paxıllıq edib. Nəyinə paxıllıq edəcək? Elçin skripka çalandır? Natiq oxuyandır? Elçindən az pul qazanırdı Natiq? Natiqlə Elçinin belə bir münasibəti olmayıb. Haradasa toyda görüşüblərsə, o demək deyil, kimsə kimdənsə nəsə öyrənib? Elçinin qardaşı da eyni haldan rəhmətə gedib. Ailəlikcə belədirlərsə, bəlkə, o, Natiqi pis yola çəkib”.

Qeyd edək ki, proqrama qonaq olan Əməkdar artist Rəhman Rəhmanov da oğlu Emilin həmin musiqiçi N. Nuriyev tərəfindən narkotikə alışdırıldığını açıqlamışdı.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib