Teymur Rəcəbov ailəsi ilə - Fotolar
Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov ailəsi ilə Yeni il fotolarını paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, şahmatçı instaqram hesabından etdiyi paylaşımda Yeni ilə hazırlaşdıqlarını qeyd edib:
“Sevimli həyat yoldaşım və körpəmiz Nika ilə Yeni il gecəsinə hazırlaşırıq”.
Xatırladaq ki, Teymur Rəcəbov RSFSR Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə bu il evlənib. Şahmatçı 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub, lakin bir müddət sonra cütlük boşanıb. Onların Məryəm adlı bir övladı var.


