Dərc edilib: 14-12-2022

https://www.nuh.az/33185-.html

Baş prokurorluq NUH.az-ın sorğusuna cavab verdi

14.12.2022 23:14:56

Hadisə

Xəbər  verdiyimiz kimi,  bir neçə  gün öncə  səhər saatlarında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin  ( ASC ) tabeliyində  olan Şəmkir rayon Suvarma Sistemləri İdarəsində ölüm hadisəsi  baş verib.

Belə ki, Şəmkir rayon  Suvarma Sistemləri İdarəsində çalışan Əhmədov  İlkin Hidayət oğlu  artezian quyulara baxış keçirərkən  yüksək elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

NUH.az-ın sorğusuna cavab olaraq  Baş prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin  162.2-ci maddə ilə cinayət işi başlanıb və istintaq gedir.

Məlumat üçün qeyd edək ki, Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin rəisi  Tahir Xəlilovdur. 

 

 

 

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib