Dərc edilib: 15-12-2022

https://www.nuh.az/33187-.html

Azərbaycanda ata oğlunu güllələdi

15.12.2022 08:39:22

Kriminal

Daşkəsəndə güllələnmə hadisəsi olub.

NUH.az     "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Astaf kəndindəki meşədə baş verib.

Gədəbəy sakini Elfaq Abbasov güllə yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə, E.Abbasov atası tərəfindən ov tüfəngi ilə güllələnib.

Hadisə vaxtı hər iki şəxsin sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib