Dərc edilib: 15-12-2022

https://www.nuh.az/33188-.html

Vasif Talıbov Rusiyanın casusudur, hələ də...

15.12.2022 10:38:55

LIVE

“Naxçıvanda heç bir dövlət idarəsində Azərbaycan Respublikası adı yazılmayıb”

"Vasif Talıbov Rusiyanın agenti idi".

Bu sözləri Musavat.com-a açıqlamasında jurnalist Heydər Oğuz deyib.

O iddia edib ki, "5-ci kolon" V.Talıbovu hakimiyyətə gətirmək istəyib:

“Hələ də rus hər an qayıda bilər düşüncəsi var. Təsəvvür edin ki, "5-ci kolon" V.Talıbovu hakimiyyətə gətirmək istəyib. O, ən önəmli namizədlərdən biri idi. Naxçıvan və Qarabağda eyni anda proseslərin baş verməsi təsadüfi deyil. Azərbaycanın müstəqillik yolunda irəliləməsinin qarşısını almaq üçün bu iki bölgədə vəziyyətə müdaxilə edilirdi. Qarabağın bir ayağı da Naxçıvandır. V.Talıbov bu illər ərzində kommunikasiyalardan danışıb, amma bir dəfə də olsun Zəngəzur dəhlizi ifadəsini işlətməyib".

Heydər Oğuz bildirib ki, Talıbov əleyhinə ifadə verən vətəndaşlar qorxudulur:

"Naxçıvandakı şikayətçilər DTX-ya müraciət etsələr, yaxşı olar. Hesab edirəm ki, Talıbovun dövrü bitib. Naxçıvanda heç bir dövlət idarəsində Azərbaycan Respublikası adı yazılmayıb. Naxçıvan da Qarabağ kimi Azərbaycanlaşdırılmalıdır".

NUH informasiya agentliyi səhifəsindən çap edilib