Dərc edilib: 15-12-2022

https://www.nuh.az/33192-.html

Şəmkirdə fermerlər, sahibkarlar, kəndlilər SU deyib QAN ağlayır…-VİDEO

15.12.2022 16:44:16

Hadisə

Şəmkir  Suvarma  Sistemləri İdarəsinin rəisi Tahir Xəlilov  fermerlərə qənim kəsilib….

ASC-nin sədri  Zaur Mikayılov hara baxır..? 

 

İki il öncə  prezident İlham Əliyev ölkədə su təsərrüfatının vəziyyətinə həsr edilmiş  müşavirə zamanı bu sahədə hökm sürən problemlər barədə çox sərt danışdı.  
Prezident ölkədə su itkisinin 40-50 faiz təşkil etməsini “dözülməz hal” adlandırıb, bu itkilərin kimlərinsə marağında olduğunu dilə gətirdi.
Prezident onu da əlavə etdi ki, itkilərin əsas mənbəyi bərbad vəziyyətdə olan  SU KANALLARIDIR, amma təkcə kanallar deyil:
“Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. 40-50 faiz itki dözülməz səviyyədir”. 
Təsəvvür edirsiniz, XXI əsrdə, elm və texnologiyanın inkişaf etdiyi müasir dövrdə   SU  İTKİSİ 40-50 FAİZ. 
Heç orta əsrlərdə  belə itki ola bilməzdi. 
Əslində bu 40-50 faiz su itkisinin  arxasında kimlərinsə mənimsədiyi 100 milyonlardan, milyardlardan  söhbət gedir. Bu  su kimlərəsə satılıb və pulu mənimsənilib, su göyə  buxarlanmayıb ee..
Prezidentimizin dediyi kimi bəzi hallarda heç itki olmur, sadəcə, şişirdilir. 
Ən dəhşətlisi odur ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin  yeni  sədri Zaur Mikayılıov, onun müavini  Rafiq Aslanov və digər  rəhbər şəxslər  heç  bir tədbir görmürlər.  
ASC-nin rəhbərliyi dəyişəndən sonra  yerlərdəki qurumların, Suvarma sistemləri idarələrinin rəsiləri də dəyişdi. 
Və Şəmkir rayon Suvarma Sistemləri İdarəsinə yeni rəis təyin olundu – Tahir Xəlilov. 
Bu gün  Şəmkirdə çalışan fermerlər, sahibkarlar, kəndlilər, iş adamları  Tahir Xəlilovun əlindən qan ağlayır. 
Təsəvvür edirsiniz,  kəndli, fermer minbir əziyyətlə taxıl, buğda, qarğıdalı,  yonca əkir, becərir, pul xərcləyir, amma  Tahir Xəlilov su vermədiyi üçün  bütün məhsul məhv olur. 
Tahir  Xəlilov hər dəfə yalandan deyir ki, anbarda su yoxdur. 
Fermerlər  deyir ki, qoyun-quzuya su vermək üçün  maşınla  su almağa  məcburuq. Təsəvvür etdinizmi, kəndli, yaxud fermer  mal-qarasını sulamaq üçün  maşınla su alır. 
Tahir Xəlilov kimilərin  səbəbindən min hektarlarla əkin sahəsi, buğda, qarğıdalı sahələri quruyur,  heyvanlar  susuzluqdan tələf olur.  
Şəmkir sakinləri deyir ki,  Tahir Xəlilov heç kimi qəbul etmir, heç kimi saymır,  özünü  ASC-nin yeni sədri Zaur Mikayılovun  dostu kimi qələmə verir və heç kimdən çəkinmir. 
Prezidentimiz ərzaq təhlükəsizliyi üçün  fermerlərə, iş adamlarına, kəndli təsərrüfatlarına hər cür dəstək olmağı dəfələrlə bildirb. Amma Tahir Xəlilov kimi məmurlar bunu nəzərə almır. 
Sözün qısası,  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində vəziyyət dözülməz həddə çatıb. 
Fermerlər, Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident  Mehriban  xanım Əliyevaya, İqtisadiyyat  naziri cənab Mikayıl  Cabbarova  və digər  dövlət rəsmlərinə müraciət edərək kömək istəyirlər.

NUH.az



 

 

     

NUH informasiya agentliyi səhifəsindən çap edilib