Dərc edilib: 16-12-2022

https://www.nuh.az/33198-.html

Tik-Tok qadağan edildi! Parlament qanun layihəsini təsdiqlədi

16.12.2022 08:02:37

LIVE

ABŞ Senatı Tik-Tok platformasına qadağa gətirən ciddi bir addım atıb. Belə ki, Senat səsbirliyi ilə Tik-Toku yasaqlayan qanun layihəsini təsdiqləyib.

Bundan sonrakı prosedura görə ABŞ prezidenti Co Baydenin Senatdan gələn qanunu imzalaması lazımdır.

Musavat.com xarici mediaya istinadən bildirir ki, yeni qəbul olunan qanuna görə, dövlət orqanlarında, büdcə təşkilatlarında çalışan amerikalılara Tik-Tok uyğulamasını endirmək və özlərinə məxsus telefonda ondan istifadə etmək qadağandır. ABŞ Senatı hesab edir ki, Tik-Tok platforması ona abunə olan şəxslərə aid bütün bilgiləri və digər məlumatları əldə etmək imkanına malikdir. Bu məlumatlar isə Çin kəşfiyyatına ötürülür. Bu da Amerikanın milli təhlükəsizliyinə təhdid təşkil edir. Bu səbəbdən də dövlət qurumlarında çalışan amerikalılar öz cihazlarına Tik-Tok endirə bilməyəcəklər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib