Dərc edilib: 16-12-2022

https://www.nuh.az/33199-.html

İranda molla əmmaməsindən imtina edərək tulladı - VİDEO

16.12.2022 08:13:52

LIVE

İranda molla əmmaməsindən və xalatından imtina edib. 

Məhəmməd Xoşbəyan bu addımı İrana etiraz olaraq atıb.

Məhəmməd Xoşbayan Xameneiyə qarşı çıxdığı üçün xüsusi ruhani məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilən molla rejiminə qarşı çıxan din xadimlərindəndir. Həbsdən çıxdıqdan sonra hakimiyyəti əvvəlkindən daha kəskin tənqid etməsi, onun yenidən həbsinə səbəb olub.

Sonda o, ölkəsində sürgünə göndərilib və öz fəliyyətini özünəməxsus şəkildə sürgündə də davam etdirib.

İndi də Xameneinin muzdluları tərəfindən insanların öldürülməsinə etiraz olaraq video-çarx yayaraq əmmaməsini çıxardıb.//Turan İA

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib