Dərc edilib: 16-12-2022

https://www.nuh.az/33210-.html

Bakıda DƏLLƏKXANADA qətl - 28 yaşlı oğlanı öldürdü

16.12.2022 15:34:10

LIVE

Bakıda bərbərxanada qətl törədilib.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə bu gün saat 13 radələrində Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yerləşən bərbərxanda baş verib. Orada bərbər işləyən 1994-cü il təvəllüdlü İsmət Qədirov münaqişə zəminində 1994-cü il təvəllüdlü Ilkin Qurbanlıya bıçaqla müxtəlif dərəcəli bıçaq xəsərətləri yetirməklə onu qətlə yetirib.

Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən İ.Qədirov saxlanılaraq istintaqa təhvil verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib