Dərc edilib: 16-12-2022

https://www.nuh.az/33212-.html

Dünyanın ən böyük akvariumu partladı - Video

16.12.2022 17:17:17

LIVE

Berlində yerləşən dünyanın ən böyük akvariumu partlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Almaniya polisinə istinadən “Associated Press” agentliyi yayıb.

Məlumata görə, silindr formalı 25 metr hündürlüyə sahib akvariumda müxtəlif növ 1500 balıq olub. Onlar sırasında nadir tropik balıq növləri də yer alıb. Balıqların hamısının tələf olduğu bildirilir. 

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil. Versiyalardan birinə görə, akvarium hava temperaturunun enməsi səbəbindən çatlayıb, daha sonra isə partlayıb. 

İnsident nəticəsində iki nəfər yüngül xəsarət alıb. 

Qeyd edək ki, sözügedən akvarium Berlində Aleksanderplats meydanına yaxın hotellərdən birində yerləşir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib