Dərc edilib: 17-12-2022

https://www.nuh.az/33215-.html

Xameneinin bacısı oğlu dayısını İFŞA etdi

17.12.2022 10:16:30

LIVE

“Əli Xameneinin başçılıq etdiyi rejim 40 ildən çoxdur ki, demokratiya, insan haqları və qadın hüquqlarına qarşı çıxır”.

“Qafqazinfo” xəbər verir ki, “Azad İran” teleqram kanalında yayılan bu fikirləri İranın ali dini rəhbəri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani deyib.

O bildirib ki, İran rəhbərinin ölümü ilə hakim sistem dağılacaq:

“Hakimiyyət daxilində də Xameneinin siyasəti ilə razılaşmayan şəxslər var, ancaq onların fikirlərini ifadə etmək imkanları yoxdur”.

Qeyd edək ki, M.Muradxani 2009-cu ildən Fransada yaşayır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib