Dərc edilib: 17-12-2022

https://www.nuh.az/33223-.html

Təbrizdə daha bir qadın fəal həbs edildi - FOTO

17.12.2022 22:45:43

LIVE

Təbrizdə daha bir qadın fəal həbs edilib.

Musavat.com-un məlumatına görə, bu barədə “Azad İran” teleqram kanalı xəbər verib.

Məlumata görə, Vahidə Xanpur dekabrın 14-də İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən atasının evindən aparılıb.

Onun həbsinin səbəbləri və hara aparıldığı barədə dəqiq məlumat yoxdur.

Məlumata görə, o, bundan əvvəl etiraz aksiyaları zamanı bir neçə dəfə təhlükəsizlik orqanları tərəfindən telefon vasitəsilə təhdid edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib