Dərc edilib: 18-12-2022

https://www.nuh.az/33225-.html

Ramiz Mehdiyevin oğlu da işdən çıxarılıb ?

18.12.2022 12:59:53

LIVE

16 dekabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 17-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazirliyin inzibati binasında təntənəli iclas keçirilib.
Qaynarinfo-nun məlumatına görə, tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, nazir müavinləri və FHN kollektivi iştirake edib.
Tədbirdə nazir müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, nazir müavini Orucəli Hacıyev və nazir müavini, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu, general-mayor Teymur Mehdiyev iştirak etməyib.
 
Ehtimal edilir ki, 71 yaşlı Faiq Tağı-zadə və 63 yaşlı Orucəli Hacıyev təqaüdə göndərilib. Teymur Mehdiyev isə məlum hadisələrdən sonra işə çıxmır. 
Məsələ ilə bağlı FHN Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib