Dərc edilib: 18-12-2022

https://www.nuh.az/33226-.html

Dünən təqaüdə göndərilən 70 yaşlı general: "Evdə otura bilmərəm"

18.12.2022 13:09:20

LIVE

Xəbər verdiyimiz kimi, dünən daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Onun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov təyinat alıb.
 
Oruc Zalov təqaüdə göndərimləsi ilə bağlı manset.az-a açıqlama verib. General bundan sonra ailəsinə, nəvələrinə daha çox vaxt ayıracağını bildirib:
"Çox ağır zamanlarda işləmişəm, xidmətini aparmışam. İndi də 70 yaşım var. Bundan sonra ailəmlə, nəvələrimlə məşğul olacam. İndiyə qədər gərgin iş buna imkan vermirdi. Bundan sonra çalışacam onlara daha çox vaxt ayırım. Təbii ki, bu qədər işləyən adam evdə də otura bilməz. Yəqin ki, hansısa işlə məşğul olacam. Bu barədə hələ danışmaq tezdir. İstirahət edib, sonra baxacam".

NUH informasiya agentliyi səhifəsindən çap edilib