Dərc edilib: 18-12-2022

https://www.nuh.az/33229-.html

İnanılmaz hadisə! Begemot 2 yaşlı uşağı diri-diri uddu - Sonra tüpürdü

18.12.2022 14:52:59

LIVE

Uqandada Edvards gölü yaxınlığında baş verən hadisə dünya mətbuatında geniş əks-səda doğurub.

Musavat.com xəbər verir ki, İqa Paul adlı iki yaşlı uşaq begemotun hücumuna məruz qalıb.

Begemot iki yaşlı uşağı diri-diri udub. Heyvan 2 yaşlı uşağın dadını bəyənməyəndə tüpürüb. Paul yüngül xəsarətlərlə sağ qaldı. Uqandada baş verən bu qəribə hadisə yerli əhalini hərəkətə keçirib.

Baş verən hadisədən sonra Uqanda polisi hadisə ilə bağlı açıqlama verərək bunları deyib: “Burada ilk dəfədir ki, begemot kiçik uşağa hücum edir. O, uşağı diri-diri udub və yaxınlıqdakı Krispas Baqonza adlı şəxs begemotu daşlayıb qorxutduqdan sonra heyvan ağzını açmalı olub. Begemotun ağzından çıxan uşaq müalicə üçün yaxınlıqdakı klinikaya aparılıb. Uşağın səhhətinin yaxşı olduğu bildirilib"

Qeyd edək ki, Afrikada begemotların hücumları nəticəsində hər il 500 nəfərin öldüyü bildirilir. Hesabatlar göstərir ki, begemotlar ot yeyən heyvanlardır və təhlükə hiss etdikdə insanlara hücum edə bilərlər. Mütəxəssislər begemotlar haqqında "Erkəklər təhlükə hiss etdikdə aqressivləşə bilirlər. Analar balalarını qorumaq üçün hücuma keçə bilərlər. Çəkisi dörd tona qədər olsa da, saatda 30 kilometr sürətlə qaça bilirlər",- deyə qeyd edirlər.

1

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib