Dərc edilib: 18-12-2022

https://www.nuh.az/33230-.html

DƏHŞƏTLİ QƏTL:17 yaşlı qız atasını yatdığı yerdə bıçaqlayaraq ÖLDÜRDÜ

18.12.2022 15:06:04

LIVE

Türkiyədə 17 yaşlı qız atasını yatarkən sinəsindən bıçaqlayıb.

Musavat.com xəbər verir ki, dəhşətli qətl hadisəsi Türkiyənin Çanaqqala şəhərində baş verib. 

Gənc qızın xəbər verməsi ilə hadisə yerinə gələn polislər, 50 yaşındakı kişinin öldüyünü müəyyən edib. Gənc qız polis tərəfindən saxlanılıb.

Səhər saat 4 radələrində anası və atası ayrı yaşayan 17 yaşlı gənc qız atası Erdinç Pehlivanın evinə gəlib. İddialara görə, B.P. atası Erdinç Pehlivanı yatdığı yerdə sinəsindən bıçaqlayıb.

c1.jpg (39 KB)

Qanlar içində olan Erdinç Pehlivan hadisə yerində dünyasını dəyişib. Atasını bıçaqlayan B.P., polisə zəng edərək vəziyyəti izah edib. Hadisə yerinə təcili yardım və polis göndərilib. Evə gələn təcili yardımın apardığı müayinədə Erdinç Pehlivanın öldüyünü müəyyən ediblər. Polis tərəfindən saxlanılan B.P.  dindirilmək üçün polis bölməsinə aparılıb.

Həyatını itirən Erdinç Pehlivanın cənazəsi Mehmet Akif Ersoy Çanaqqala Dövlət Xəstəxanasının meyitxanasına aparılıb. Qızı tərəfindən bıçaqlanaraq öldürülən Erdinç Pehlivanın Lapseki rayonunun Umurbey qəsəbəsində bir şirkətdə işlədiyi öyrənilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib