Dərc edilib: 20-12-2022

https://www.nuh.az/33262-.html

Bu xəstəxanalar TƏBİB-dən alınır (SİYAHI)

20.12.2022 13:36:44

LIVE

2023-cü il yanvar ayının 1-dən etibarən bir sıra tibb müəssisələr TƏBİB-nin tabeliyindən çıxarılacaq. 

NUH.az    xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "TƏBİB Tibbdə müasir keyfiyyət mərhələs: real perspektivlər gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, həmin qurumlar Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.
"Bunlar Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzidir".
"Fürsətdən istifadə edib, adıçəkilən tibb müəssisələrinin rəhbərliyinə və çoxminli kollektivinə TƏBİB-lə səmərəli əməkdaşlığa və koordinasiyalı fəaliyyətlərinə görə təşəkkür edirəm", - deyə V.Qurbanov qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib