Dərc edilib: 20-12-2022

https://www.nuh.az/33263-.html

Baş Prokurorluğun Mətbuat xidmətinin yeni rəhbəri

20.12.2022 14:00:21

Hadisə

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni rəhbər təyin edilib.

 

NUH.az   xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Saleh Hacıyev Mətbuat xidmətinə rəhbər təyin edilibO, buna qədər Baş prokurorun xüsusi məsələlər üzrə köməkçisi olub.

Qeyd edək ki, bir neçə gün öncə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə vəzifəsindən azad olunaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifəyə təyin edilmişdi.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib