Dərc edilib: 20-12-2022

https://www.nuh.az/33264-.html

Özbəkistanda nazirliklərin sayı 2 dəfə azaldılır

20.12.2022 15:28:47

LIVE

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə inzibati islahatlar haqqında fərman imzalayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, fərmana uyğun olaraq ölkədə nazirliklərin və qurumların sayı iki dəfəyə yaxın azaldılacaq. 

“İnzibati islahatlar barədə fərman imzaladım. Nazirliklərin və qurumların sayı hazırkı 61-dən 28-ə qədər endiriləcək, dövlət qulluqçularının sayı isə mərhələli şəkildə 25-30% azaldılacaq”, - deyə Mirziyoyev ölkə parlamentinin hər iki palatasına illik müraciətində qeyd edib. 

Onun sözlərinə görə, islahat həyata keçirilərkən bir çox nazirlər digərləri ilə əvəzlənəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib