Dərc edilib: 21-12-2022

https://www.nuh.az/33271-.html

Zeynəb Xanlarova Bakıya gəldi - Video

21.12.2022 08:41:07

LIVE

Uzun illərdir TV-dən uzaq düşən Xalq artisti Zeynəb Xanlarova AzTV-nin Yeni il çəkilişində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət televiziyası məlumat yayıb.

Xalq artisti çəkilişdə musiqisi Ələkbər Tağıyevə məxsus “Sənsən” mahnısını ifa edib.

 Qeyd edək ki, bir neçə gün öncə mediada Zeynəb Xanlarovanın Türkiyəyə köçməsi ilə bağlı xəbərlər yayılmışdı.

Xatırladaq ki, Xalq artisti dekabrın 28-də 86 yaşını qeyd edəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib