Dərc edilib: 21-12-2022

https://www.nuh.az/33281-.html

Cənab Prezident, UZUN illərdir sizin altınzda işləyirəm...)) Video

21.12.2022 16:57:14

LIVE

Rusiya Prezidenti Vladimir Putin dünən “Russia Today” telekanalının və “Rossiya seqodnya” agentliyinin baş redaktoru, erməniəsilli jurnalist Marqarita Simonyana “Şərəf” ordeni təqdim edib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Simonyan mərasimdə çıxışı zamanı Putinə ““adamyeyən”lərin payını verdiyinə görə” təşəkkür edib:

“Vladimir Vladimiroviç, uzun illərdir ki, sizin rəhbərliyiniz altında işləyirəm. Düşünürəm ki, həmişə demək istədiyimi söyləmək üçün ən uyğun zamandır. Sağ olun ki, “adamyeyən”lərin payını verirsiniz. Hər gün Donetskdə nə baş verdiyini gördükdə narahat olmamaq və həyəcan keçirməmək mümkün deyil. Sağ olun ki, bu “adamyeyən”lərin qanlı pəncələrindən insanlarımızı xilas edirsiniz. Biz bunda öz köməyimizi göstərəcəyik”.

Simonyan çıxışında, həmçinin Putinə Qarabağdakı müharibəni dayandırdığına görə təşəkkür edib.

Erməniəsilli jurnalistin bu təhqirdolu çıxışı sosial şəbəkələrin həm yerli, həm də Ukrayna seqmentində müzakirələrə səbəb olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib