Dərc edilib: 22-12-2022

https://www.nuh.az/33289-.html

Ələkrəm Hümmətov vəfat etdi

22.12.2022 14:16:12

LIVE

Özünü qondarma Talış-Muğan Respublikasının lideri kimi təqdim edən və 2004-cü ildən Niderlandda yaşayan Ələkrəm Hümmətov dünyasını dəyişib.

NUH.az   xəbər verir ki,  bununla bağlı məlumat sosial şəbəkədə yayılıb.

 Ələkrəm Ələkbər oğlu Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. 1992-1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olub. Bu vəzifədə olarkən, 1993-cü ildə qondarma Talış-Muğan Respublikasını elan edib və separatçılıq fəaliyyətinə görə həbs edilib. 2004-cü ildə həbsdən azad edildikdən sonra mühacirətə gedib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib