Dərc edilib: 23-12-2022

https://www.nuh.az/33292-.html

Naxçıvanın yeni RƏHBƏRİ Fuad Nəcəfli kimdir?

23.12.2022 08:53:11

LIVE

Naxçıvan Muxtar Respublikasına Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunan Fuad Vahid oğlu Nəcəfli daha əvvəl özəl sektorda bir sıra vəzifələrdə çalışıb.

“Qafqazinfo” xəbər verir ki, Nəcəfli Fuad Vahid oğlu 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. 

BDU-nu Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb. Beynəlxalq Sığorta Şirkətində,  "Star Alyans" Sığorta Şirkətində, "Texnikabank"da, "Paşa Holdinq" MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib.

2019-cu ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Müşahidə Şurasının üzvüdür. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib