Dərc edilib: 23-12-2022

https://www.nuh.az/33296-.html

Tanınmış Birlik sədri ölümlə hədələnir – ŞOK

23.12.2022 12:50:17

LIVE

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə təhdid və şantaj olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə sədr özü məlumat yayıb.

O bildirib ki, təhdidlər bir neçə gün öncə 2 yaşlı körpənin durumu ilə bağlı yazdığı statusdan sonra başlayıb.

“Son günlər fəaliyyətimlə bağlı bir neçə şəxs tərəfindən davamlı olaraq təhdid, şantaj olunuram, ölümlə hədələnirəm. Davamlı olaraq nüfuzuma xələl gətirən yalan məlumatlar paylaşılır. Artıq təhdidlərin məzmunu həyatıma, ailə üzvlərimə təhlükə yaradacağını ehtimal etdiyim üçün hüquq mühafizə orqanlarına müraciət etməyə qərar verdim. Əminəm ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının Baş Prokurorluğu bu məsələni araşdıracaq və hüquqi qiymət verəcəkdir”.

Qeyd edək ki, Kəmalə Ağazadə 2 gün öncə “Sevgi evi” Uşaq Sığınacağında azyaşlı qızın şiddətə məruz qalması ilə bağlı məlumat yayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib