Dərc edilib: 23-12-2022

https://www.nuh.az/33298-.html

Ağır Cinayətlər Məhkəməsində proses zamanı ölüm baş verdi

23.12.2022 13:58:48

LIVE

Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında ölüm hadisəsi baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə ölən Şəmil Qədimovun vəkili Adəm Məmmədov məlumat verib.
"Hüquqlarını müdafiə etdiyim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat etdi", - o, əlavə edib.
62 yaşlı Ş.Qədimov dələduzluqda təqsirləndirilirdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib