Dərc edilib: 23-12-2022

https://www.nuh.az/33303-.html

Tatarıstanda prezident vəzifəsinin adı RƏİS olacaq- Bəs bizdə..?

23.12.2022 16:26:53

LIVE

Tatarıstan parlamenti respublikanın konstitusiyasına düzəlişlərlə bağlı qanun layihəsini yekun oxunuşda qəbul edib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, qanun layihəsinə əsasən, regionun cari rəhbəri Rüstəm Minnixanovun səlahiyyət müddəti başa çatdıqdan sonra Tatarıstanda prezident vəzifəsinin adı dəyişdiriləcək.

Belə ki, həmin dövrdən etibarən Tatarıstan rəhbəri “Tatarıstan Respublikasının rəisi” adlandırılacaq.

Məlumata görə, 79 deputat qanun layihəsinin lehinə, 2 nəfər isə əleyhinə səs verib. 

Qeyd edək ki, Rüstəm Minnixanov növbəti dövr üçün 2020-ci ildə Prezident seçilib. Onun səlahiyyət müddəti 2025-ci ildə başa çatır. O, ümumilikdə 2010-cu ildən Tatarıstan Respublikasının Prezidentidir.

Bəs bizdə necə olacaq..?  Öz doğma dilimzdə     prezident sözünü necə əvəzləmək olar..? 

NUH informasiya agentliyi səhifəsindən çap edilib