Dərc edilib: 23-12-2022

https://www.nuh.az/33305-.html

Tofiq Yaqublu həbs olundu - Yenilənib

23.12.2022 21:04:38

LIVE

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu inzibati qaydada həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozub.

Səbail Rayon Məhkəməsinin qərarı ilə xırda xuliqanlıqda ittiham olunan T.Yaqublu 30 sutka inzibati qaydada həbs olunub.

***

Daxili İşlər Nazirliyi Müsavat partiyasının üzvü Tofiq Yaqublunun həbs olunması xəbərinə münasibət bildirib.

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında qeyd edib:

“Bu gün bir qrup şəxs tərəfindən Səbail rayonu ərazisində yerləşən Fəvvarələr meydanında müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiyaya cəhd göstərilib.

Polis tərəfindən aksiyanın qarşısı alınıb və iştirakçılar ərazidən kənarlaşdırıblar.

Onlardan yalnız bir nəfər, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Yaqublu Tofiq Rəşid oğlu saxlanılaraq barəsində İXM-in müvafiq maddələri ilə protokol tərtib edilib və rayon məhkəməsinə göndərilib. Rayon məhkəməsinin qərarı ilə o, 30 sutka müddətinə inzibati qaydada həbs edilib”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib