Müəllim kimi yaşayıb əksinqilabçı kimi güllələnən ədib
Bu gün görkəmli ədib, ictimai xadim, “Molla Nəsrəddin” jurnalının təsisçisi Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur.
“Qafqazinfo” xəbər verir ki, milliyyətcə məshəti türkü olan Ömər Faiq Nemanzadə 1872-ci ildə Gürcüstanın Azqur kəndində doğulub.
1906–1917-ci illərdə Bakıda jurnalist-yazıçı və müəllim işləyib. Müxtəlif mövzularda qələmə aldığı məqalələrdə milləti düşündürən, həyəcanlandıran problemlərə təmas edib. 1917-ci ildə vətəni Axalsıxa dönərək buradakı türklərin milli mənafelərinin müdafiəçisi olmağı seçib.
Həbsdən çıxdıqdan sonra Bakıya gələrək 1919-cu ildə Bakı Polis idarəsində çalışıb. 1920-ci ildə isə yenidən Gürcüstana qayıdaraq "Zəhmətkeşin Səsi" qəzetinin baş yazarı və Gürcüstan İnqilab Komitəsinin üzvü olub. Sovet dövründə də müəllimlik və dramaturgiya fəaliyyətini davam etdirib. Dərs kitablarının hazırlanmasında daha fəal çalışıb.
1927-ci ildə pensiyaya çıxdıqdan sonra Ömər Faiq XX əsr Azərbaycan mədəniyyəti və mətbuat tarixi üçün əhəmiyyətli olan "Xatirələrim" üzərində çalışıb. Lakin müəllif bu xatirələri bitirə bilməyib.
O da 1937-ci ilin iyununda 66 yaşında “Sovet hakimiyyəti əleyhinə qurulmuş əks inqilabi millətçi təşkilatın sədri” kimi həbs olunur və güllələnir.

