Dərc edilib: 24-12-2022

https://www.nuh.az/33319-.html

Prezident ad günündə Aygün Bəylərə ev bağışladı - Video

24.12.2022 20:36:04

LIVE

Prezident İlham Əliyev Əməkdar artist Aygün Bəylərə ev hədiyyə edib.

“Qafqazinfo”nun məlumatına görə, ifaçı bunu Xəzər Tv-də yayımlanan “Söhbət musiqidən gedir” verilişində öyrənib.

Məsələ burasındadır ki, Aygün Bəylər bir neçə il öncə öz solo konsertini təşkil etmək üçün evini girov qoymuşdu. Lakin konsert “Günəşli” yatağında baş verən faciə ilə üst-üstə düşdüyündən bu, baş tutmamışdı. Nəticədə Aygün Bəylər həmin məbləği itirmişdi.

Aygün Bəylər ev probleminin həlli üçün Heydər Əliyev Fonduna müraciət edib. İfaçının müraciəti müsbət qarşılanıb. Bu xəbəri ona verilişdə aparıcı Leyla Quliyeva çatdırıb.

“Bu gözəl gündə Heydər Əliyev Fondu və cənab Prezident sizi təbrik edir. Ev sizindir” - aparıcı deyib.

Bunu eşidən Aygün Bəylər göz yaşlarını saxlaya bilməyib. Aygün Bəylər Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib