Dərc edilib: 24-12-2022

https://www.nuh.az/33321-.html

Sumqayıt şəhərində şəhid abidəsini sökənləri kim himayə edir? - VİDEO

24.12.2022 21:58:01

LIVE

Bir neçə gündür ki, Sumqayıt şəhər məmurlarının o cümlədən də, Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov haqqında yerli KİV-də kifayət qədər neqativ əməllərə rast gəlmək olar. Görünən tərəfi odur ki, hüquq-mühafizə orqanlarının rüşvətxor korrupsioner xalqın sərvətini talayanlara qarşı mübarizəsi çoxuna dərs olmur, bundan heç nəticə belə çıxarmaq istəmirlər. Burdan belə qənaətə gəlmək olur ki, gözlərini kor edib özlərini görməməzliyə vururlar. 

 

 

"Azərbaycan Reallığı"na video görüntü göndərən mənbə bildirir ki, videoda göründüyü kimi 1990 ci il şəhidlər abidəsinin qarşısı Sumqayıt icra hakimiyyəti tərəfindən kəsilərək satılıb. Şəhid Şahməmmədov Yadigar Abdulla oğlunun abidəsini sökərək onun yerində obyekt tikilir, obyekt bir neçə gün əvvəl Fövqaladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən tikintisinə icazə verilməyərək sökülsədə, hal-hazırda obyektin tikintisi davam etdirilir. 

Xüsusi təyinatlıların qazisi Xəzər Abdullayev bildirir ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov hər kəsi boğaza yığıb.Tarixi şəhidlər abidəsini sökürlər. Ərazidən kənərlaşdırıb tikdikləri obyektlərin arxasında gizlədirlər. Amma qazi ailəsi gələndə bizə kiçik bir yer ver deyəndə Sumqayıtın xəritəsi yoxdur, biz oradan sənə yer verək! kimi cavab verirlər

Bəs bu xəritəni haradan tapıb gəldilər bura? Camaatın yolunu bağlayırlar, obyektlərdə göz qarşsındadır day bəsdirin bu qədər olmaz! 

Daha sonra qazimiz bildirir ki, sözü gedən obyekti 3 gün əvvəl Fövqalada Hallar Nazirliyinin əməkdaşları tikintini dayandıraraq sökmüşdü, amma Sumqayıt şəhər icra başçsı Zakir Fərəcov sərəncam imzaladı dedi qorxma arxanda mən dayanmışam get tik! Bura tarixi şəhidlər abidəsdir, əksəriyyətdə sakinlərin yaşadıqı yerdir hamsıda narazlıq edir. Camaatın uşaqları övladları buradan keçir amma bunlar yolu bağlayır. 

Xaiş edirəm adiyyəti qurumlar bunu araşdırsın, əks halda bunların gözü doymayacaq, Sumqayıtın bu başından o başına kimi alıblar. Daha bəsdir susduğum qədər susdum deyə sonda qazimiz Xəzər Abdullayev bildirib.

"Azərbaycan Reallığı" sözü gedən videonu təqdim edir.
  

Video və yazıda adı çəkilən istənilən şəxsin mövqeyini dərc etməyə hazırıq! 

AZƏRBAYCANREALLIĞI.COM  

NUH informasiya agentliyi səhifəsindən çap edilib