Dərc edilib: 25-12-2022

https://www.nuh.az/33329-.html

Ərdoğan: "Minimum əmək haqqı 55% artırılacaq"- 455 $ - Bəs bizdə..?

25.12.2022 16:17:01

Günün sitatı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan televiziya ilə çıxışı zamanı 2023-cü il yanvarın 1-dən ölkədə minimum əmək haqqının 55% artırılacağını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bundan sonra minimum əmək haqqı ayda 8,5 min lirə (455 dollar) təşkil edəcək. Hakimiyyət orqanlarına görə, ölkədə işçilərin 30%-dən çoxu belə maaş alacaq.
Türkiyə hakimiyyəti minimum əmək haqqını sonuncu dəfə iyul ayında qaldırıb. Bundan əvvəl minimum əmək haqqı yanvar ayında müəyyən edilib və 2022-ci ilin əvvəli ilə müqayisədə yeni minimum əmək haqqı düz iki dəfə artacaq.
Ölkədə minimum əməkhaqqının belə sürətlə artmasına çox sürətlə artan inflyasiya səbəb olur. Noyabrın sonunda inflyasiyanın illik göstəricisi 84,4% təşkil edib ki, bu da son 24 ilin ən yüksək göstəricisidir. Eyni zamanda, oktyabrda bu göstərici daha da yüksək olub - 85,5%.
İndi Türkiyədə minimum əmək haqqı son 20 ilin ən yüksək səviyyəsindədir. Hakimiyyət əhalinin sürətlə artan yaşayış xərclərinin öhdəsindən gəlməyə kömək etmək üçün minimum əmək haqqının inflyasiyadan geri qalmamasına çalışır.
Mütəxəssislərin qeyd edir ki, minimum əməkhaqqının belə sürətlə artırılmasının siyasi konteksti də var. Artıq gələn ilin ortalarında ölkədə ümumi seçkilər keçiriləcək və maaşların artırılması Ərdoğana əlavə səslər qazanmağa kömək edəcək. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib