Dərc edilib: 28-12-2022

https://www.nuh.az/33361-.html

Ukraynada 7000-ə yaxın DİNC SAKİN həlak olub

28.12.2022 10:44:05

LIVE

Müharibə zamanı Ukraynada 6884 dinc sakin həlak olub.

“Qafqazinfo” “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı yayıb. 

Məlumata görə, fevralın 24-ü müharibə başlayandan bu günə qədər 10 947 nəfər isə yaralanıb. Həlak olanlar arasında 429 uşaq var.

Onlardan 175-i qız, 216-sı oğlan olub. Bununla belə, 38 uşağın cinsini təyin etmək mümkün olmayıb. Yaralananlar arasında da 800 uşağın olduğu bildirilir. 

BMT qeyd edib ki, müharibə zamanı həlak olan və yaralanan dinc sakinlərin dəqiq sayı hazırkı qeyd olunan rəqəmlərdən daha çoxdur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib