Dərc edilib: 28-12-2022

https://www.nuh.az/33365-.html

Bakılı milyarderin 1 milyard dollarlıq əmlakına həbs qoyuldu

28.12.2022 11:26:52

LIVE

Anqolanın Ali Məhkəməsi maliyyə cinayətlərində şübhəli bilinən Anqolanın keçmiş prezidenti Xose Eduardo duş Santuşun böyük qızı İzabel duş Santuşun 1 milyard dollar dəyərində əmlakına həbs qoyulması barədə qərar çıxarıb.
Məhkəmə qərarını əsaslandıraraq qeyd edib ki, bu addım BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyası əsasında atılıb.
İzabel duş Santuşun xarici şirkətlər də daxil olmaqla, onlarla şirkətdəki payları həbs edilib. Tədbirlərin qabaqlayıcı xarakter daşıdığı vurğulanıb.
Qeyd edək ki, İzabel 1973-cü ildə Bakıda Anqolanın gələcək prezidenti, SSRİ-də təhsil almış Xose Eduardo duş Santuşun və onun birinci həyat yoldaşı Tatyanın ailəsində anadan olub. O, Anqola ilə birlikdə Rusiya vətəndaşlığına da malikdir. "Forbes" jurnalı 2020-ci ildə İzabelin  şəxsi sərvətinin 2,2 milyard dollara çatdığını bildirib və onu müasir Afrikanın ən zəngin qadını adlandırıb.//milli.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib