Dərc edilib: 28-12-2022

https://www.nuh.az/33369-.html

Bakı Metrosu 128 MİN MANATA SÜD alır ...

28.12.2022 13:30:09

LIVE

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) fərdi sahibkar Esmira Hadi qızı Həsənova ilə satınalma müqaviləsi imzalayıb. 
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 128 459.52 AZN təşkil edən müqavilədə "Bakı Metropoliteni” QSC-nin zərərli iş şəraitində çalışan işçiləri üçün südün tədarükü və təchizatının satın alınması nəzərdə tutulur. 
Müsabiqənin şərtlərindən məlum olur ki, QSC Esmira Həsənovadan 45 360 litr süd alacaq. Hesablamalarla südün 1 litri 2 manat 80 qəpiyə düşür. 
Pərakəndə ticarət şəbəkələrində isə südün bir litri yağlılıq dərəcəsinə 1.5-2 manatdır. 
Araşdırmalarımız zamanı məlum olub ki, "Bakı Metropoliteni” QSC bu ilin əvvəlində Esmira Həsənovadan 42 480 litr, ötən il isə 41 670 litr süd alıb. Bunun müqabilində sahibkara müvafiq olaraq 115 290.72 AZN və 95 882.67 AZN ödənilib.
Esmira Həsənova barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur

NUH informasiya agentliyi səhifəsindən çap edilib