Dərc edilib: 28-12-2022

https://www.nuh.az/33371-.html

Rasim Məmmədova hökm oxundu

28.12.2022 15:52:17

LIVE

Tanınmış iş adamı, "Baku Steel Company" şirkətinin keçmiş rəhbəri Rasim Məmmədovun məhkəməsi yekunlaşıb.

NUH.az    xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, R.Məmmədov 14 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs olunub. O, 185 milyon manatlıq yeyintidə ittiham olunurdu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib