Dərc edilib: 28-12-2022

https://www.nuh.az/33375-.html

“Tapşırıqla XIN-də işə götürmüşəm” - Elmar Məmmədyarovdan etiraf

28.12.2022 22:16:10

LIVE

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədə olduğu müddətdə tapşırıqla XİN-də işə götürdüyü şəxslərdən danışıb.

 NUH.az   xəbər verir ki, o, bu barədə APA TV-nin əməkdaşının “Nazir olduğunuz müddətdə qohumlarınızın və ya hansısa məmurun tapşırığı ilə kimisə işə qəbul etmisiniz?” sualını cavablandırıb.

“Azərbaycan böyük ölkə deyil, bir ailə kimidir. Mümkün olmayan şeydir ki, kiminsə oğlu, nəvəsi işə düzəlməsin. Kimi soruşsanız, görəcəksiniz. Bu, təbii məsələdir. Özü də pis uşaqlar deyil, hamısı savadlıdır. Deməzdim ki, XİN-də bütün kollektiv qohumluğa görə işə qəbul olunub” -  sabiq XİN başçısı suala cavab olaraq bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib