Dərc edilib: 28-12-2022

https://www.nuh.az/33376-.html

Nazirlikdən Kinematoqrafçılar İttifaqına sədr seçilməsinə REAKSİYA

28.12.2022 22:58:29

LIVE

"Ölkədə kinematoqrafiya sahəsində fəaliyyət göstərən ictimai təşkilatlar qanunvericiliyə uyğun olaraq öz fəaliyyətlərini müstəqil şəkildə həyata keçirirlər".

Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova Musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, sözügedən təşkilatların fəaliyyətlərinin təşkili və əsasnamələrinə uyğunluğuna nəzarət olunması Nazirliyin səlahiyyətlərinə daxil deyil: "Kinematoqrafçılar İttifaqının iclasında iştirakla bağlı isə bildiririk ki, məsələ ilə əlaqədar Nazirliyə hər hansı dəvət daxil olmayıb".

NUH informasiya agentliyi səhifəsindən çap edilib