Dərc edilib: 29-12-2022

https://www.nuh.az/33377-.html

Anasının onu dilənçi bilib tapdığı, Sevdasını isə itirən şair

29.12.2022 07:34:40

Müsahibə

Bu gün azərbaycanlı şair, publisist Nüsrət Kəsəmənlinin doğum günüdür. 

"Qafqazinfo" xəbər verir ki, mərhum şair 1946-ci il Ağstafa rayonunun Kəsəmən kəndində anadan olub.

Amansız keçən şairin həyatını elə öz şeirləri ən yaxşı formada təsvir edir.

Yarımçıq böyüyən uşaqlığını, kasadlıqla keçən gənclik illərini “Biri vardı, biri yox” şeirindəki “yox”larla bilmək olur:

Uzaqdaydı mən istəyən ocaqlar,

Ürəyimdən gəlib-keçdi sazaqlar.

Atalıydı, analıydı uşaqlar,

Bizim evdə biri vardı, biri yox.

 

Gözlərimə doldurmuşam yağışı,

Bir köynəkdə çıxarmışam mən qışı.

Şalvar-pencək geyinirdi tay-tuşum,

Məndə isə biri vardı, biri yox...

Ata nənəsinin himayəsində böyüyən Nüsrətin körpə olanda valideynləri ayrılıb. Ən ağrılı məqam isə anasının onu tapması olub. Şair uşaqlığını küçədə qarmon çalıb, qatarlarda alver edərək keçirib. Uzun illərdən sonra anası Nüsrəti görəndə huşunu itirib yıxılır. Məlum olur ki, vaxtilə qatarda ac olduğunu düşünüb çörək verdiyi uşaq onun oğlu imiş.

Nə qədər çətinlik çəksə də, Nüsrət təhsilini davam etdirir, universitetə qəbul olur. Həmin illərdə Sevda adlı xanımı sevir.  Sevgiləri qarşılıqlı olsa da onlar ailə qura bilmirlər. Nüsrətə sevdiyi qızı kasıb olduğuna görə vermirlər. Beləcə, şair “Sevda”sını itirir...

Sonralar "Bakı" axşam qəzetlərində işə düzəlir, özünə ev alır.

N.Kəsəmənli 15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib