Dərc edilib: 29-12-2022

https://www.nuh.az/33392-.html

Vasif Talıbovun qardaşı işdən çıxarıldı

29.12.2022 17:53:31

LIVE

Bu gün Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, M.Talıbov öz arzusu ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Xəbəri Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya təsdiqləyiblər.

Nizam Rza

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib