Dərc edilib: 30-12-2022

https://www.nuh.az/33402-.html

30 müəllim direktora qarşı çıxdı: Dərsləri pulla satır (VİDEO)

30.12.2022 11:09:24

LIVE

 

Abşeronda musiqi məktəbinin 30 müəllimi direktordan şikayət edib.
Onlar dərs saatının azaldılmasını iddia edərək məktəb rəhbərliyindən narazıdırlar. 

Söhbət Novxanı kəndi ərazisində yerləşən Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Laçın rayonu, Şəlvə kənd 7 illik musiqi məktəbindən gedir.
Musiqi məktəbinin müəllimləri iddia edirlər ki, direktor Azər Əliyev onların dərs saatını bilərəkdən azaldır. Buna etiraz edənlər isə təzyiqlə üzləşirlər.
İddia edilir ki, adıçəkilən direktor kollektivə qarşı haqsızlıq edir.
Daha ətraflı Baku TV-nin süjetində:

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib