Dərc edilib: 30-12-2022

https://www.nuh.az/33407-.html

Bakıda sevgilisi ilə görüşən oğlan özünü eyvandan atdı – ŞOK SƏBƏB

30.12.2022 17:26:45

LIVE

Abşeronda binadan yıxılaraq ölən oğlanla bağlı yeni faktlar məlum olub. 


Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Masazır qəsəbəsində yerləşən “Qəsr” yaşayış kompleksində qeydə alınıb.  1998-ci il təvəllüdlü M.Ə qeyri-rəsmi münasibətlərdə olduğu qadınla görüşmək üçün onun evinə gedib. Onlar evdə görüşən zaman qadının həyat yoldaşı zəng edib. Qadın telefona cavab vermədiyindən kişi qardaşını həmin ünvana göndərib. Qaynının evə gəldiyini görən qadın oğlandan tez evi tərk etməsini istəyib. Çarəsiz qalan gənc oğlan lüt eyvana çıxaraq 13-cü mərtəbədən özünü atıb.
Hadisə yerində ölən şəxsin paltarları da tapılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib