Dərc edilib: 31-12-2022

https://www.nuh.az/33414-.html

Elman Rüstəmovu rüsvay edən oğlu və anası kimdir? – FOTO

31.12.2022 11:10:20

LIVE

Aqil adlı 14 yaşlı yeniyetmənin ötən gündən yayılan video-müraciəti ciddi rezonans doğurub.

NUH.az   Axar.az-a istinadən xəbər verir ki, özünü Mərkəzi Bankı keçmiş sədri Elman Rüstəmovun oğlu kimi təqdim edən Aqil adlı şəxsin varlığı barədə hələ bir neçə il əvvəl sosial şəbəkələrdə məlumat yayılmışdı.

Həmin məlumatlarda bildirilirdi ki, E.Rüstəmov Sevinc adlı xanımdan olan bu nikahdankənar uşağı dəbdəbə içərisində yaşadır. Hətta həmin vaxt Aqilin bahalı avtomobillərlə olan görüntüləri də ortaya çıxmışdı.

Qeyd edək ki, Aqilin dünən müraciətində vurğuladığı 050 201 07 77 nömrəsi həqiqətən də Elman Rüstəmova məxsusdur.

Xatırladaq ki, Elman Rüstəmovun oğlu olmaqdan xəcalət çəkdiyini bildirən Aqil sabiq baş bankirin ailəsinə təzyiq etdiyini, onları hədələdiyini deyib və dövlət başçısından kömək istəyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib