Dərc edilib: 31-12-2022

https://www.nuh.az/33416-.html

“Kaspi”nin əməkdaşı Aygün Əziz müsabiqədə qalib oldu

31.12.2022 13:09:06

Günün sitatı

“Global Media Group”un təsisçisi olduğu “Kaspi” qəzetinin əməkdaşı Aygün Əziz BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi tərəfindən keçirilən müsabiqənin qalibləri sırasında yer alıb.

Oxu.Az xəbər verir ki, BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi redaktor, jurnalist və bloqerlər üçün keçirilən “Azərbaycan mediasında gender həssaslığının artırlıması” adlı təlimin davamı olaraq iştirakçılar arasında müsabiqə elan edib.

Müsabiqəyə təqdim olunmuş materiallarda Azərbaycanda qız uşaqlarının dəyərinin təşviqi və doğulan uşaqlar arasında cins nisbətinin pozulması problemini işıqlandırılıb.

Aygün Əzizin müsabiqə üçün yazdığı “Stereotiplərə ilişib qalanlar - PROBLEM” adlı məqalə münsiflərin qərarı ilə II yerə layiq görülüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib